12px13px15px17px
Tarix:05/08/15

ABŞ “3D” texnologiyası ilə hazırlanmış dərman preparatlarının istehsalına icazə verib

ABŞ-ın qida məhsulları və dərman keyfiyyətinə sanitar nəzarət idarəsi (“FDA”) tarixdə ilk dəfə “3D” printerin köməyi ilə yaradılmış dərman preparatının istehsalına icazə verib.
 
"ICTnews" elektron xəbər xidməti “bbc.com” saytına istinadən bildirir ki, bundan əvvəl “FDA” artıq tibb sahəsində tətbiq edilən müxtəlif qurğu və aparatların “3D” printerlərdən istifadəyə əsaslanan istehsalına icazə verib.
 
Üçölçülü çap texnologiyasının köməyi ilə yaradılmış yeni “Spritam” dərman preparatı epileptik qıcolmalara nəzarət etməkdə kömək edir.
 
Dərman preparatını yaratmış “Aprecia Pharmaceuticals” müasir texnologiyaların köməyi ilə başqa dərman preparatlarını da hazırlamağa söz verib.
 
Başqa dərmanlar kimi “3D” dərman da insan orqanizmində həll olunur.
 
Ekspertlər əmindirlər ki, yeni texnologiya gələcəkdə fərdiləşdirilmiş dərman preparatları yaratmağa imkan verəcək.
 
Emil Hüseynov



Baxış sayı: 582

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024