12px13px15px17px
Tarix:05/08/15

Çində dünyanın ən böyük çətiri yaradılıb

Çinin Nançan şəhərinin çətir istehsalı üzrə şirkəti dünyanın ən böyük çətirini yaratmaqla “Ginnesin Rekordlar Kitabı”na daxil olub. Çətirin hazırlanmasına yarım il, prosesə 700 min yuan (113 min dollar) sərf edilib.
 
Aksessuarın diametri 23 metr, hündürlüyü 14,4 metr təşkil edir. Rekord “Ginnesin Rekordlar Kitabı”nın nümayəndəsi tərəfindən qeydə alınıb. Nəşr nümayəndəsinin sözlərinə görə, çətirin çəkisi 5,7 ton, günbəzinin dairəsinin ölçüsü 418 kvadratmetrdir.
 
Əvvəlki dünya rekordu 2010-cu ildə Hindistanda qeydə alınıb. Nəhəng çətirin eni 17,06 metr, hündürlüyü 10,97 metrdir. Çəkisi 2,2 ton olan eksponat Pun şəhərində "Ishanya Mall” ticarət mərkəzində təqdim olunub.
 
Həmin il Hindistanda Ümumdünya Əlillər Günü münasibəti ilə ən böyük əlil əl ağacı yaradılıb. Bambukdan düzəldilən məmulatın ölçüsünün hündürlüyü 7,92 metr olub. Onun ərsəyə gəlməsinə bir həftə vaxt sərf olunub, - "Lenta”  yazır.



Baxış sayı: 822

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024