12px13px15px17px
Tarix:05/08/15

ƏMDK: “Vahid elektron baza yaradılarsa, xidmətlərin keyfiyyət səviyyəsi də artırıla bilər”

Azərbaycanda Sloveniya modeli əsasında daşınmaz əmlakın vahid elektron kadastr qiymətləndirmə bazasının yaradılması təklif olunur.

Digər təklif vətəndaşların və digər maraqlı tərəflərin müxtəlif sahələr (meşə, yol, rabitə, kadastr və s.) üzrə məlumatlara çıxışının təmin olunması üçün “Elektron hökumət” vasitəsi ilə vahid bazadan məlumatların idarə olunması sisteminin tətbiqi ilə bağlıdır.
 
Həmçinin əməliyyatların müasir texnologiya və “E-hökumət” sisteminə əsaslanmaqla həyata keçirilməsi zəruri şərt kimi irəli sürülür. Həmçinin ölkəmizdə torpaqların idarə olunmasında Sloveniya təcrübəsi də daxil olmaqla, Avropa İttifaqında tətbiq olunan standartlardan istifadə edərək digər sahələrdə də təkmilləşdirmənin aparılmasına zərurət var.
 
Bu məsələlər torpaqların monitorinq üsullarının təkmilləşdirməsi, xüsusilə də qərar qəbul olunmasında torpaqlar haqqında mövcud məlumatlara çıxışın təmin olunması, lüzumsuz məhdudiyyətlərin aradan qaldırılması; torpaqların qiymətləndirilməsində Vahid Assosiasiyaların yaradılması və ixtisaslaşmış şəxslər tərəfindən torpaqların qiymətləndirilməsinin həyata keçirilməsi; torpağın təyinatının dəyişdirilməsi ilə bağlı qanunvericiliyin tələbləri və cərimələr haqqında əhalinin geniş maarifləndirilməsi və cərimələrin tətbiqinə başlanılmasıdır.  
 
Sadalanan istiqamətlər Əmlak Məsələləri Dövlət Komitəsində  Avropa İttifaqının “TAIEX” yardım aləti çərçivəsində “Torpaqların idarə edilməsi üzrə monitorinq üsulları” mövzusunda keçirilən təlimində səsləndirilib. Bu təlim Sloveniya təcrübəsinə həsr olunmuş torpaqların müasir üsulların tətbiqi ilə səmərəli istifadəsi, mühafizəsi ilə bağlı monitorinqlərin keçirilməsi, torpaqların beynəlxalq təcrübəyə əsasən qiymətləndirilməsi, torpaqların təyinatının dəyişdirilməsinin əsaslandırılması və torpaq idarəçiliyinə həsr olunmuş digər mövzuları əhatə edib.
 
Komitədən qeyd edilib ki, bu məqsədlə Sloveniyanın Dövlət Torpaq və Xəritəçəkmə Agentliyinin sədr müavini Tomas Petek ölkəmizdə səfərdə olub. Təlimi aparan Tomas Petek 1991-ci ildə müstəqillik qazandıqdan sonra Sloveniyanın əldə etdiyi torpaq islahatı ilə bağlı təcrübəni geniş şəkildə təlim iştirakçılarına çatdırıb.
 
 
Beləliklə, TAIEX yardım aləti çərçivəsində keçirilmiş tədbirdə əldə olunan məlumatlardan və Sloveniya modelindən faydalanaraq, Azərbaycanda torpaqların idarə olunması və monitorinqi üsulları sahəsində təkmilləşdirmələr aparmaq mümkündür. Belə ki, vahid elektron baza yaradılarsa və maraqlı şəxslərin ona rahat çıxışı təmin edilərsə, xidmətlərin keyfiyyət səviyyəsi də artırıla bilər.
Avropa İttifaqının direktivinə əsasən, Sloveniyada “INSPIRE” təşəbbüsü tətbiq edilir.
 
“INSPIRE” – məkan məlumatlarının vahid bazadan alınması modelidir.
 
 
Bu sahədə növbəti addım kimi Azərbaycan Respublikasının iqtisadi, siyasi və mədəni inkişafı dönəmində torpaqların idarə edilməsi və kadastrı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, mövcud sənədlərin rəqəmsallaşdırılması, avtomatlaşdırılmış kadastr məlumat bazasının yaradılması üzrə Avropa ölkələrinin təcrübəsindən yararlanmaq məqsədəuyğun hesab edilir.
 
 
Həqiqət  İSABALAYEVA



Baxış sayı: 382

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti