12px13px15px17px
Tarix:05/08/15

Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyində kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyində kollegiya iclası keçirilib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, iclasda çıxış edərək muxtar respublikanın rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov bildirib ki, rabitə və poçt xidmətinin, genişzolaqlı və simsiz internetin əhatə dairəsini genişləndirməsi, “Evədək optika” və “Elektron hökumət” layihələrinin icrası gələcəkdə nazirliyin əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib. 
 
Hesabat dövründə Babək Rayon Rabitə İdarəsi və “Naxçıvanpoçt” MMC-nin Babək rayon filialının yeni binası istifadəyə verilib, tikintisi başa çatdırılan 242 kilometrlik Sədərək-Ordubad alternativ fiber-optik kabel magistralının təqdimatı olub və Babək rayon telekommunikasiya şəbəkəsinin alternativ fiber-optik kabel magistralına birləşdirən sistem işə salınıb.
 
Hesabat dövründə muxtar respublikada 8 poçt şöbə və bölməsi avtomatlaşdırılıb, beləliklə də avtomatlaşdırılmış poçt bölmə və şöbələrinin sayı 126-ya çatdırılıb və bütün poçt şöbə və bölmələri POS-terminallarla təmin edilib. Ötən dövr ərzində bütün yaşayış məntəqələrində genişzolaqlı internet xidmətlərinin təşkil edilməsi üçün tədbirlər davam etdirilib. Genişzolaqlı ADSL texnologiyasından istifadə edən internet abunəçilərinin sayı 2566 olub, 42 nəfərə “Elektron imza” verilib. 

Təhlükəsiz internet və distant təhsilin tədrisi ilə əlaqədar distant dərslər təşkil edilib, muxtar respublikanın orta məktəblərində daxili şəbəkələr qurulub və internetə qoşulub. Muxtar respublika ərazisindəki yaşayış məntəqələrinin 100 faizində rəqəmsal radio yayımı təmin edilib və Naxçıvan televiziyası “HD” formatda yayıma başlayıb. Yaşayış məntəqələrinin 94 faizində genişzolaqlı, 83 faizində isə simsiz internet xidmətlərinin göstərilməsi üçün lazımi avadanlıqlar qurulub. Optik şəbəkənin genişləndirilməsi evlərə də optik kabelin çəkilməsinə imkan verib. Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası davam etdirilib, 28 fərdi mənzilə optik kabel xətti çəkilib. Yarım ildə Ordubad rayonunun Çənnəb-Üstüpü, Babək rayonunun Nəhəcir, Şərur rayonunun Aşağı Yaycı-Yuxarı Yaycı, Kərimbəyli-Axaməd, Kürkənd-Kürçülü kənd mərkəzlərinə fiber-optik kabel xətləri çəkilib.
 
Ümumilikdə, muxtar respublika üzrə 2015-ci ilin I yarımili ərzində 59 min 192 metr fiber-optik kabel xəttinin tikintisi aparılıb.

İşdə yol verilmiş nöqsan və çatışmazlıqlara da toxunan nazir muxtar respublikada rabitə və poçt xidmətlərinin daha da təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələr, ucqar kəndlərin internetlə təmin olunması, elektron ödənişlərin həcminin genişləndirilməsi istiqamətində görülən işlər haqqında danışıb, elektron xidmətlərin sayının artırılması, bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müraciətlər əsasında elektron imzaların tətbiqinin həyata keçirilməsinin qarşıda duran vəzifələr sırasında olduğunu vurğulayıb.

Aynur Vəliyeva
 



Baxış sayı: 348

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 İyun 2020

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.

02 06 2020

02/06/20
Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

1,5 illik planlaşdırmadan sonra “FABULOS” şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması

02/06/20
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye