12px13px15px17px
Tarix:05/08/15

Nazir “NoObs” komandasının üzvlərini fəxri fərmanla təltif edib

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmrinə əsasən,  "Microsoft Imagine Cup 2015" beynəlxalq innovasiyalar müsabiqəsinin qaliblərindən biri olan "NoObs"  komandasının üzvləri  Azərbaycanı texnoloji məkanda layiqincə təmsil edərək ikinci yeri qazandıqlarına görə fəxri fərmanla təltif ediliblər.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, bu gün "NoObs" komandasının iştirakçılarına Bakı Dövlət Universitetinin və Xəzər Universitetinin tələbələri Nizami İsmayılova, Arif Mövsümzadəyə, Fidan Rüstəmovaya və Ülviyyə Rüstəmovaya fəxri fərmanlar təqdim edilib.

Müsabiqə üç kateqoriya üzrə keçirilib: "WorldCitizenship" (dünya vətəndaşlığı, məhdudlaşdırılmış imkanlı insanlar üçün layihələr), "Games" (oyunlar) və "Innovation" (innovasiyalar). 

"NoObs" komandası "Microsoft Azerbaijan" şirkəti ilə birgə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar Parkı və "Nar" mobil operatoru tərəfindən keçirilmiş "ImagineCup" lokal seçim turunun qalibi olub.

Komanda "Bluetooth" tənzimçilərin dəsti, həmçinin qaməti əymədən oturmaq və durmaq vərdişi yaradan "Windows Phone" platformalı smartfonlar üçün proqram təminatı olan "Spinal" layihəsini təqdim edib.
 
Qeyd edək ki, beynəlxalq müsabiqədə dünya ölkələrindən 33 komanda iştirak edib və Azərbaycan komandası müsabiqədə ilk dəfə iştirak edib.
 
Aynur Vəliyeva



Baxış sayı: 842

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024