12px13px15px17px
Tarix:06/08/15

Çin ən böyük internet şirkətlərinin daxilində kiber polis bölmələri yaradacaq

"Bloomberg" nəşri "Sinxua" agentliyinə istinadən yazır ki, Çin hakimiyyəti ölkənin ən böyük internet şirkətlərinin daxilində "şəbəkə təhlükəsizliyi" bölmələri yaratmaq niyyətindədir.
 
"ICTnews" elektron xəbər xidməti "interfax.ru" saytına istinadən bildirir ki, kiberhücum və cinayət fəaliyyəti ilə mübarizə, həmçinin istifadəçilərin informasiyanın mühafizəsi yeni əməkdaşların vəzifəsi olacaq.
 
Kiber polis xidmətindən istifadə edəcək şirkətlərin adı açıqlanmır. Çin bazarının ən böyük oyunçuları  "Alibaba" internet mağazası, "Tencent" internet şirkəti və "Baidu" axtarış sistemidir.
 
Nəşr xatırladır ki, Çin hökuməti internetə nəzarət edir, pornoqrafiya, müxalifət saytlarını və dövlət üçün zərərli sayılan istənilən informasiyanı bloklayır. Hazırda ölkədə ictimai təhlükəsizliyə təhdid zamanı milli və regional hakimiyyətə internetə çıxışı söndürmək hüququ  verən qanun layihəsi müzakirəyə çıxarılıb.
 
Məlumat üçün bildirək ki, Çində 668 milyon internet istifadəçisi var.
 
Emil Hüseynov



Baxış sayı: 537

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024