12px13px15px17px
Tarix:11/08/15

2100-cü ilə planetin əhalisinin sayı 11 milyardı ötəcək

2050-ci ilə planetin əhalisinin sayı 73-dən 9.7 milyarda, 2100-cü ilə isə 11,2 milyardadək artacaq. BMT-nin demoqrafik bölməsinin direktoru Con Uilmot 10 avqust tarixində Sietldə keçirilmiş statistiklər konfransında bu barədə məlumat verib.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, BMT ekspertlərinin fikrincə, planetin əhalisinin artımı yalnız Afrikada Saharadan cənubda yerləşən ölkələrdə doğuşun sayının azalması nəticəsində dayanacaq. Hələ ki hadisələrin belə inkişaf ehtimalı 23 faiz civarında qiymətləndirilir.
 
2100-cü ilə Afrikada yaşayan əhalinin sayının 1.2-dən 3,4-5,6 milyardadək artacağı gözlənilir.
 
Asiya planetin ən sıx məskunlaşmış regionu olaraq qalacaq. Belə ki, XXI əsrin ortalarında bu regionda yaşayan əhalinin sayı 5,3 milyarda yaxınlaşacaq, amma sonra 4,9 milyardadək azalacaq.
 
Emil Hüseynov



Baxış sayı: 721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024