12px13px15px17px
Tarix:11/08/15

Nəhəng İT şirkətləri uşaq pornosu ilə mübarizə aparacaq

“Google”, “Facebook” və “Twitter” internetdə uşaq pornosunun yayılmasının qarşısını almaq üçün Britaniyanın “Internet Watch Foundation” (“IWF”) xeyriyyə təşkilatının təşəbbüsünə qoşulub.

 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, rəsmi məlumata əsasən, “IWF”-yə daxil olan texnologiya şirkətləri məlumat bazasının yaradılması və yayılması ilə məşğul olacaq. Nəticədə internet provayderlər, sosial media, məlumatların işlənməsi və saxlanılması mərkəzləri resurslardakı qeyri-leqal məzmunu daha sürətli tanıya və silə biləcək. Məlumat bazası "heş"lərdən (uşaqların cinsi istismarını əks etdirən hər bir qeyri-leqal foto və videokontentin unikal rəqəmli izi) ibarət olacaq.

 
"Bu o deməkdir ki, cinsi zorakılığın qurbanlarının təsvirləri daha operativ surətdə tapılaraq silinəcək, mövcudluğu bizə məlum olan şəkillər isə internetə yüklənməyəcək" – təşkilatın saytında yazılıb.

 
“Google”, “Facebook” və “Twitter”dən başqa, həmçinin “Microsoft” və “Yahoo!” internet şirkətləri “IWF” təşkilatlarının üzvüdür.
 
Emil Hüseynov



Baxış sayı: 1212

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024