12px13px15px17px
Tarix:11/08/15

“İntellektual” çəkilişlər reallaşdıran videokamera

“Graava” videokamerasının funksiyaları “intellektual” çəkilişlər etmək imkanı ilə zənginləşdirilib.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, qurğu beş ötürücü ilə təchiz edilib: sensor videokamera, ürək döyüntüsü monitoru, akselerometr, GPS ötürücüsü və mikrofon.
 
Ötürücülərin komandasına əsaslanaraq, kamera yalnız onun sahibinə maraqlı olan anların çəkilişini həyata keçirə bilir.
 
Nəticə olaraq, misal üçün, velosiped yürüşünün üç saatlıq çəkilişi əvəzinə, kamera yürüşün ən maraqlı anlarını qeyd edən 15 dəqiqəlik videoçarx yaddaşa həkk edir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 598

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024