12px13px15px17px
Tarix:12/08/15

Daha bir mərkəzi icra hakimiyyəti orqanı “ASAN ödəniş” sisteminə qoşulub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”nda dəyişiklik edib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, dəyişikliyə əsasən, qaydalara 1.2-1 bənd əlavə olunub.
 
Bundan sonra, Ekologiya və Təbii Sərvətlər Nazirliyi inzibati xəta törətmiş şəxsin elektron kabinetində yerləşdirilməsi, onun məlumatlandırılması, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi və inzibati cərimələrin elektron qaydada ödənilməsi imkanının təmin edilməsi üçün “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də göstərilən məlumatları real vaxt rejimində “ASAN ödəniş” sisteminə göndərəcək.
 
Qeyd edək ki, qərar bu gündən qüvvəyə minib.
 
CAHANGİR



Baxış sayı: 646

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024