12px13px15px17px
Tarix:13/08/15

“Twitter” şəxsi mesajlarda 140 simvol məhdudiyyətini aradan qaldırıb

“Twitter” şəxsi mesajlara qoyulmuş 140 simvol məhdudiyyətini aradan qaldırıb. İndi istifadəçilər öz aralarında istənilən uzunluqlu mətnlər paylaşa bilər. Bu haqda “USA Today” nəşri yazıb.

Bu dəyişiklik avqustun 12-dən “Twitter”in bütün mobil proqramları,  həmçinin sosial şəbəkənin saytından yazan istifadəçilər üçün əlçatandır.

Standart ictimai mesajlara qoyulmuş məhdudiyyət (140 simvol) isə saxlanılır.
 
Qısa mesajlarla paylaşmağa imkan verən “Twitter” mikrobloqlar xidməti 2006-cı ilin iyulunda istifadəyə verilib. 2011-ci ildə xidmətin aktiv istifadəçilərinin auditoriyası ilk dəfə 100 milyonu ötüb.
 
Hazırda bu göstərici təxminən 302 milyon nəfər təşkil edir. Bütövlükdə “Twitter”də 500 milyondan çox istifadəçi qeydiyyatdan keçib.
 
Emil Hüseynov



Baxış sayı: 763

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024