12px13px15px17px
Tarix:13/08/15

Qaz abunəçiləri üzrə informasiya ehtiyatı “Elektron hökumət” portalına inteqrasiya olunacaq

Qaz abunəçiləri üzrə informasiya ehtiyatı “Elektron hökumət” portalına inteqrasiya ediləcək.
 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bununla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  Məlumat Hesablama Mərkəzində SOCAR-ın   İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin (İTRİ) əməkdaşları ilə müzakirə aparılıb.
 
 
Görüş zamanı həmçinin portal üzərindən informasiya mübadiləsi aparılmaqla “104” çağrı mərkəzinin işinin təkmilləşdirilməsi, müvafiq elektron xidmətlərin təşkili, uyğun servislərin hazırlanması və sair məsələlər müzakirə edilib.
 
 
Toplantının əsas məqsədi “Azəriqaz” İB-nin informasiya sisteminin portala qoşulması ilə ictimai tələbatın yüksək olduğu xidmətlərin elektronlaşdırılaraq “bir pəncərə” prinsipi üzrə “Elektron hökumət” portalı üzərindən vətəndaşlara təqdim edilməsi olub.
 
 
CAHANGİR
 



Baxış sayı: 558

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024