12px13px15px17px
Tarix:14/08/15

“Samsung” yeni smartfonlarını nümayiş etdirib

Cənubi Koreyanın "Samsung" şirkəti mətbuat konfransında iki yeni smartfonunu ("Galaxy Note 5" və "Galaxy S6 Edge Plus") nümayiş etdirib.
 
Hər iki smartfon 1440x2560 piksel təsvir ölçüsünə malik 5,7 düymlük ekrana malikdir. Bu halda "Galaxy S6 Edge Plus" qurğusunun ekranı xüsusi dairəvi kənarlara malikdir. "Samsung"un nümayəndələri bildiriblər ki, "Quad HD Super AMOLED" texnologiyasına əsaslanan ekran az enerji sərf etməklə daha dolğun və kontrast rənglər ötürməyə imkan verir.
 
"ICTnews" elektron xəbər xidməti "tass.ru" saytına istinadən bildirir ki, cihazlar 16 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralarla təchiz edilib. Şirkətin nümayəndəsi əmin edir ki, kameralar rəngötürücülüyü üzrə unikal imkanlara malikdir. Hər iki aparat səkkiznüvəli "Samsung LSI Exynos 7420" prosessoru əsasında "Android 5.1 Lollipop" mobil əməliyyat sistemi ilə işləyir.
 
 
Smartfonlar, həmçinin 4 QB əməli yaddaş və uzun müddət avtonom işləmək üçün tutumlu daxili akkumulyatorla təchiz edilib.
 
Artıq avqustun 21-dən ABŞ-da hər iki qurğunu satın almaq mümkün olacaq.
 
Emil Hüseynov




Baxış sayı: 1264

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024