12px13px15px17px
Tarix:14/08/15

Naxçıvanda nağdsız ödənişlərin həcmi 4 dəfə artıb

Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərin həcmi bu ilin əvvəlindən yetərincə artıb.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi bildirib ki, nağdsız dövriyyə avqustun 1-nə olan məlumata əsasən ötən ilin əvvəli ilə müqayisədə 4 dəfə artaraq 1 milyon 194 min 40 manat təşkil edib. Bu məbləğin 863 min 57 manatı POS-terminallar, 330 min 983 manatı isə internet və digər ödəniş vasitələri ilə aparılıb.
 
Muxtar respublikada ödəniş kartlarının sayı avqustun 1-nə olan məlumata əsasən 214 min 108 ədəd təşkil edib, bu isə əhalinin hər iki nəfərindən birinin ödəniş kartı ilə təmin edilməsi deməkdir. Son bir ildə bu göstərici 18 min 797 ədədə bərabər olub. Naxçıvanda son bir ildə POS-terminalların sayı 333 ədəd artıb və 1012 ədəd təşkil edib, bankomatların sayı isə 95 ədəddir.
 
Əhalinin nağdsız əməliyyatları daha rahat həyata keçirməsi üçün Naxçıvan şəhərində 2 yeni “MilliÖn” terminalı quraşdırılıb.

Ümumilikdə, bu ilin əvvəlindən muxtar respublika sakinləri tərəfindən aparılmış nağdsız əməliyyatların həcmi 9 milyon 324 min 601 manat təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 715 min manat çoxdur.
 
Aynur Vəliyeva
 




Baxış sayı: 311

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Oktyabr 2019

21 10 2019

21/10/19
“Windows Defender” əvvəlki kimi dünyanın ən yaxşı antiviruslarından biridir

“AV-Comparatives” müstəqil laboratoriyasının məlumatına görə, “Windows Defender” əvvəlki kimi dünyanın ən

21/10/19
2-ci “Bakı Elektron Ticarət Forumu” işə başladı

Bu gün “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində ikigünlük 2-ci

21/10/19
Regionlarda telekommunikasiya şəbəkəsi yenidən qurulur

Son zamanlar “Aztelekom” MMC və ümumilikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 

21/10/19
“Oracle” şirkətinin baş direktoru vəfat edib

ABŞ-ın “Oracle” şirkətinin baş direktoru Mark Herd oktyabrın 18-də dünyasını dəyişib. Bu barədə “The Wall

21/10/19
Peşəkar 3D printerlər bazarının həcmi ikirəqəmli templə artır

“Context” analitik şirkəti qlobal 3D printerlər bazarı ilə əlaqədar keçirilmiş araşdırmanın nəticələrini

21/10/19
“Wing” şirkətinin dronları bağlamaları evlərə çatdırmağa başlayıb

“Alphabet” holdinqinin tərkibinə daxil olan “Wing” şirkəti pilotsuz təyyarələrin köməyi ilə bağlamaları

21/10/19
İKT-dən cinayətkar məqsədlər üçün istifadə ilə mübarizə haqqında konvensiyanın hazırlanması təklif olunur

BMT Baş Assambleyasının 74-cü sessiyasının üçüncü komitəsinin iclasında Rusiya və Belarusun bir sıra digə

21/10/19
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi, “İKT LAB

21/10/19
Britaniyada yeni superkompüter tikiləcək

Böyük Britaniyanın Edinburq Universitetində ikinci nəsil “AMD EPYC” prosessorları əsasında “ARCHER2” adlı

21/10/19
Məlumatları saniyədə 1 petabit sürətlə ötürən ilk şəbəkə qovşağı yaradılıb

Yapon mühəndisləri petabitlik şəbəkələr üçün ilk optik kommutator prototipini nümayiş etdiriblər. Belə a