12px13px15px17px
Tarix:15/08/15

Azərbaycanda bu ilin əvvəlindən informasiya və rabitə xidmətlərindən 940 milyon manat gəlir əldə edilib

Azərbaycanda bu ilin yanvar-iyul aylarında informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz artıb.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında ölkədə hesabat dövründə 937,2 milyon manatlıq informasiya və rabitə xidməti göstərildiyi bildirilib. 



İnformasiya və rabitə müəssisələrinin göstərdikləri xidmətlərin ümumi həcmində əhalinin payına 72,6 faiz düşüb.
 
Rüb ərzində xidmətlərdən əldə olunmuş gəlirin 53,9 faizi, yəni 505,2 milyon manatı  mobil rabitə xidmətlərinin göstərilməsindən əldə edilib. 
 
Aynur Vəliyeva 




Baxış sayı: 705

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024