12px13px15px17px
Tarix:17/08/15

Azərbaycan “ITU Telecom World 2015”-də yüksək səviyyədə təmsil olunacaq

Azərbaycan bu il oktyabrın 12-15-də Budapeştdə keçiriləcək “ITU Telecom World 2015” beynəlxalq telekommunikasiya və yüksək texnologiyalar üzrə sərgi-konfransında təmsil olunacaq.
 
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu il ölkəmiz beynəlxalq tədbirdə  rabitə və yüksək texnologiyalar nazirinin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə iştirak edəcək.
 
“ITU Telecom World 2015” sərgisində Azərbaycanın Milli pavilyonunda dövlət qurumlarının və 20-dək özəl İT şirkətin nümayəndələri iştirak edəcəklər. “ITU Telecom World 2015” çərçivəsində keçiriləcək rabitə tənzimləyicilərinin rəhbərlərinin sammitində nazir Əli Abbasovun məruzə ilə çıxış edəcəyi gözlənilir.
 
Müxtəlif ölkələri təmsil edən milli və regional nümayəndə heyətləri sərgi-konfransda startap, həllər və innovasiyaları nümayiş etdirərək, onlar üçün böyük əhəmiyyət kəsb edən əlaqələr yaradacaqlar.
 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 647

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024