12px13px15px17px
Tarix:17/08/15

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İT təchizatının təkmilləşdirilməsi üzrə müqavilələr imzalayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üç İT şirkət ilə texnoloji təchizatını təkmilləşdirmək məqsədi ilə müqavilələr imzalayıb. 
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, imzalanan müqavilələrin ümumi dəyəri 226489,2 manat təşkil edib.
 
Belə ki, nazirlik “OCE Solution” şirkəti ilə Mərkəzləşdirilmiş İnformasiya Sistemi portalının nazirliyin elektron xidmətlər səhifəsinin yaradılmasını nəzərdə tutan və ümumi dəyəri 74045 manat olan iki müqavilə imzalayıb.
 
Nazirliyin “AİSTGROUP” şirkəti ilə imzaladığı müqavilə Tibbi – sosial ekspertiza və əlillərin reabilitasiya informasiya sisteminin proqram təminatının təkmilləşdirilməsini nəzərdə tutur və bu müqavilənin ümumi dəyəri 143134 manat təşkil edir.
 
“Bakinity Distribution” şirkəti ilə bağlanan iki müqavilə isə nazirliyin aparatı və  Dövlət Tibbi Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası Xidməti üçün antivirus lisenziyanın alınmasını nəzərdə tutur və ümumi dəyəri 9310,2 manatdır.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 799

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024