12px13px15px17px
Tarix:17/08/15

Azərbaycanda ilin əvvəlindən 1018 sanksiyalaşdırılmamış insident qeydə alınıb

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin statistikasına əsasən, ölkədə iyul ayında 143 sanksiyalaşdırılmamış insident qeydə alınıb.
 
"ICTnews" elektron xəbər xidmətinin "www.cert.gov.az" saytına istinadən verdiyi məlumata görə, qeyd edilən insidentlərin 135-nin qarşısı alınıb. Bu ilin iyun ayı ilə müqayisədə insidentlərin sayı 16,8 faiz artıb. Cari ilin əvvəlindən ölkədə 1018 sanksiyalaşdırılmamış insident qeydə alınıb.
 
Mərkəz tərəfindən Azərbaycanın müvafiq qurumlarına iyun ayında mayda olduğu kimi 31 audit raportu göndərilib. Ötən ay ərzində “cert.gov.az” tərəfindən 4 yeni domen və 1 subdomen qeydə alınıb.
 
Qeyd edək ki, ötən il ərzində Azərbaycanda 1582 sanksiyalaşdırılmamış insident qeydə alınıb, onlardan 1558-nin qarşısı alınıb.
 
Aynur Vəliyeva



Baxış sayı: 595

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024