12px13px15px17px
Tarix:19/08/15

"Azərpoçt" Litva poçtu ilə “STEFI”sistemi üzrə pulköçürmə xidmətinin göstərilməsini sınaqdan keçirir

Azərbaycanın poçt operatoru "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Litva poçtu ilə "STEFI" (Secured Transfer of Electronic Financial Information) sistemi üzrə pulköçürmə xidmətinin göstərilməsini sınaqdan keçirir.

 

MMC-dən AZƏRTAC-a verilən məlumata görə, sistem tez bir zamanda istismara veriləcək. "STEFI" sisteminin tətbiqi Azərbaycan poçt operatoruna Litvaya 30 dəqiqə ərzində təcili pulköçürmə həyata keçirməyə imkan yaradacaq. "STEFI" beynəlxalq poçt köçürmələrinin kağız mübadiləsindən elektron mübadiləsinə keçməyə imkan verir.
 

"Azərpoçt" MMC hazırda "STEFI" sistemi üzrə Ukrayna, Belarus, Moldova, Rusiya, Qazaxıstan və BƏƏ-yə təcili pulköçürmələri təklif edir. Xidmət Qırğızıstan və Tacikistan üzrə də tətbiq ediləcək. Azərbaycan poçtu üçün əsas üstünlük "STEFI" üzrə tranzaksiyalar çərçivəsində əldə edilən gəlirlərin MMC-nin sərəncamında qalmasıdır.





Baxış sayı: 640

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024