12px13px15px17px
Tarix:19/08/15

“Apple Pay” istifadəçilər arasında populyarlaşır

"Apple Pay" mobil ödəniş xidməti istifadəyə verildikdən təxminən bir il sonra populyarlıq əldə etməyə başlayıb və onun istifadəçiləri başqa həllərin istifadəçiləri ilə müqayisədə özlərini daha məmnun hiss edirlər.
 
"451 Research" şirkətinin bu yaxınlarda keçirdiyi tədqiqata əsasən, yaxın bir neçə aya ödənişin edilməsi üçün mobil proqramlardan istifadəni planlaşdıran smartfon sahiblərinin 45 faizi "Apple Pay" mobil ödəmə xidmətini seçəcək. "PayPal" ödəmə xidmətinə üstünlük verənlərin sayı 28 faiz azdır.
 
Sorğu zamanı məlum olub ki, smartfon sahiblərinin 25 faizi yaxın 90 gündə mobil ödəmə həllərindən istifadəyə hazırlaşır, bu halda "Apple Pay" prioritet seçimdir. Ancaq analitiklərin fikrincə, "Apple Pay"ə rəqib olan "Android Pay" və "Samsung Pay" xidmətlərinin işə salınması bu proqnozları dəyişdirə bilər.
 
Emil Hüseynov



Baxış sayı: 502

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024