12px13px15px17px
Tarix:19/08/15

Prezidentlər hansı smartfonlardan istifadə edir?

ABŞ Milli Təhlükəsizlik Agentliyinin qlobal izləmə proqramı bir çox dövlət xadimlərinin mobil cihazlara qarşı münasibətini dəyişdirdi. Bu məqalədə Edvard Snoudenin ifşaedici açıqlamalarına istinadən prezidentlərin hansı smartfonlardan istifadə etdiyi barədə məlumat veriləcək.
 
"BlackBerry"




 



Kanadanın "BlackBerry" smartfon istehsalçısının güclü mühafizə sisteminə malik qurğuları aparıcı dünya dövlətlərinin liderləri tərəfindən istifadə olunur.
 
2013-cü ildə Almaniya kansleri Angela Merkelin smartfonuna müdaxilə edildikdən sonra onun administrasiyası "BlackBerry Z10s" modelindən istifadəyə keçib. Almaniya hökuməti 256 bitlik şifrləmə və mesajların təhlükəsiz marşrutlaşdırılması funksiyasına, həmçinin dinləməyə qarşı əlavə mühafizə sistemi ilə təchiz edilmiş "micro SD" kartına malik 5 min ədəd "BlackBerry" smartfonu satın alıb. Belə smartfonun dəyəri 2500 avro təşkil edib.










Lakin kansler Merkel "QWERTY" klaviaturalı "BlackBerry Q10" modelini seçib. Onun smartfonu, həmçinin yaxşı mühafizə edilib və xüsusi daxili "VPN" üzrə məlumatları ötürür.
 
ABŞ prezidenti Barak Obama, həmçinin "BlackBerry" smartfonuna sahibdir. O, "BlackBerry Curve 8900" və "BlackBerry Q10" aparatlarından istifadə edir, bu halda ona "iPhone"dan istifadə qəti qadağan edilib. Bununla belə ABŞ prezidenti "Apple" şirkətinin qurğularını bəyənir.
 
Britaniya kraliçası ikinci Yelizaveta, həmçinin "BlackBerry" smartfonundan istifadə edir.
 
Həmçinin Böyük Britaniyanın baş naziri Devid Kemeron və onun Pakistandakı kolleqası Navaz Şərif "BlackBerry" aparatlarına üstünlük verirlər.
 
Prezidentlər Jak Jirak, Nikola Sarkozi və Fransua Ollandın danışıqlarının izlənilməsi ilə bağlı Edvard Snoudenin açıqlamasından sonra fransız hökuməti 14 min ədəd "Thales" müdafiə şirkətinin istehsalı olan "Teorem" hərbi kriptoqrafik mobil telefon satın alıb. Aparatların təhlükəsiz hökumət şəbəkələrində işləməsi məlumatların əlavə mühafizəsini təmin edir. Bu telefonlar vacib hökumət zəngləri üçün istifadə olunur. Qısa haşiyə çıxaraq qeyd edək ki, Olland adi həyatda "iPhone 5s" smartfonundan istifadə edir.
 
Rusiya prezidenti Vladimir Putin smartfondan istifadə etmir, ancaq yerli istehsalçıları həmişə dəstəkləməyə hazırdır.









Mütəxəssislər hesab edir ki, Şimali Koreyanın rəhbəri Kim Çen İr daha çox öz telefon danışıqlarının məxfiliyinin qayğısına qalmalıdır.  Ancaq Koreya Xalq Demokratik Respublikasının liderinin fotolarından birində "HTC" qurğusunu xatırladan qara smartfon diqqəti çəkib.
 
Emil Hüseynov
 
 
 



Baxış sayı: 429

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Aprel 2019

20 04 2019

20/04/19
"Azərpoçt"MMC problemli kredit sahiblərinə 2 formada kompensasiya verəcək

Aprel ayının 22-dən etibarən problemli kreditinə 500 manatdan aşağı kompensasiya düşən vətəndaşlar 

20/04/19
Ən köhnə messencerlərdən birinin fəaliyyəti dayandırılır

Tezliklə mesajlarla mübadilə üçün ən köhnə xidmətlərdən biri olan “BlackBerry Messenger”in fəaliyyəti dayandırı

20/04/19
Bill Qeytsin sərvəti 100 milyard dolları ötüb

Bill Qeytsin varidatı 20 ildə ilk dəfə 100 milyard dolları ötüb

20/04/19
“Instagram”da layklar ləğv edilə bilər

“Instagram” xidməti paylaşımların altındakı “layk”ların sayını gizlədə bilər