12px13px15px17px
Tarix:13/09/11

“Azəriqaz” QSC elektron xəritə sistemini tətbiq edib

“Azəriqaz” QSC-də qaz təminatının yaxşılaşdırılması, şəbəkənin yenidən qurulması ilə yanaşı, müasir texnologiyaların tətbiqi sahəsində xeyli uğurlara nail olunub.

Bakı və Abşeron rayonunun qaz təchizatı sisteminin yenidən qurulması layihəsi üzrə yeni şəbəkənin planlaşdırılması, hesablanması və mərkəzdən idarəetmə sisteminin (dispetçer) yaradılması işləri ilə əlaqədar ayrı-ayrı rayonların ərazilərində yerləşən yeraltı və yerüstü orta və yüksək təzyiqli qaz kəmərlərinin “ArcGis” proqram təminatında elektron məlumatlar bazası yaradılıb.

Yeni tətbiq olunan bu sistem vasitəsi ilə hər bir rayon üzrə elektron xəritə yaradılır.

Bununla da ərazidə yerləşən obyektlərin ünvan və xüsusiyyətləri təyin olunur, yeraltı və yerüstü orta və yüksək təzyiqli qaz kəmərləri müasir elektron ölçmə cihazları vasitəsi ilə axtarılır, ölçülür, plana alınır və elektron xəritənin üzərinə salınır. Nəticədə coğrafi məkan məlumatları ilə əlaqəli analizlərin aparılması mümkün olur.

Qeyd edək ki, “Azəriqaz”QSC Dövlət Neft Şirkətinin tabeçiliyinə verildikdən sonra ən yeni texnologiyaların tətbiqi ilə müasir şəbəkə yaratmaqla ən qısa vaxt ərzində bütün yaşayış məntəqələrinin qazlaşdırılmasını hədəf götürüb.



Baxış sayı: 2821

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024