12px13px15px17px
Tarix:21/08/15

Smartfonlar bazarının artımı rekord səviyyədə zəifləyib

Cari ilin ikinci rübündə dünyada smartfonların son istehlakçılara satışı 330 milyon ədəd təşkil edib. 2014-cü ilin analoji dövrü ilə müqayisədə satış artımı 13,5 faizədək azalıb ki, bu da 2013-cü ildən ən aşağı göstəricidir. Bu barədə “Gartner” analitik şirkətinin hesabatında deyilir.  
 
Bildirilir ki, azalma dünyanın ən böyük bazarı olan Çinin smartfon bazarının (Çin bazarının dünyada smartfonların satışında payı 30 faizə yaxındır) tələbatının ödənilməsi ilə əlaqədardır. Hesabat dövründə Çində smartfonların satışı ilin ilə nisbətində 4 faiz azalıb ki, bu da ilk dəfə baş verib.
 
Smartfonlar bazarının lideri “Samsung” şirkəti olaraq qalır. 2015-ci ilin ikinci rübündə Cənubi Koreya şirkəti ədədi ifadədə satışını 5,3 faiz, payını isə 4,3 faiz bənd azaldıb. Çinin “Huawei” şirkəti dünya bazarında smartfonların və Çində “4G” şəbəkəsini dəstəkləyən modellərin yüksək satışı sayəsində yüksək artım nümayiş etdirib. “Apple” şirkətinin ədədi ifadədə artımı 36 faiz təşkil edib. Analitiklər qeyd ediblər ki, "iPhone” modelinə marağın böyük olması “Samsung” şirkətinin satışına mənfi təsir göstərib.   
 
Əməliyyat sistemləri arasında “Android” liderliyini davam etdirsə də, hesabat dövründə platforma indiyədək ən zəif artım (11 faiz) nümayiş etdirib. Analitiklər bunu da “Android”in əsas hərəkətverici qüvvəsi kimi çıxış edən Çin bazarının tələbatının ödənilməsi ilə izah edirlər. Rübün nəticələri üzrə mobil əməliyyat sisteminin payı 2014-cü ilin analoji dövründəki 83,8 faizlik göstəricidən 82,3 faizədək aşağı düşüb.
 
Öz növbəsində “Apple iOS” platformasını payını 12,2 faizdən 14,6 faizədək artırıb.
 
“Gartner” satış həcminin ədədi ifadəsinə əsaslanaraq bütün tip iri mobil telefon istehsalçılarının onluğunu da tərtib edib. Bu ilin ikinci rübünün yekunları üzrə birinci yeri “Samsung” şirkəti tutmaqda davam edib. Sonrakı yerlərdə “Apple”, “Microsoft”, “Huawei”, “LG Electronics”, “Lenovo”, “Xiaomi”, “TCL Communication”, “ZTE” və “Micromax” şirkətləri qərarlaşıb.
 
2015-ci ilin ikinci rübündə dünya bazarında ümumilikdə 445,8 milyon bütün tip mobil telefon satılıb ki, bu da ötən ilin analoji dövrünün nəticələrinə uyğundur, - "CNews” yazır.
 



Baxış sayı: 295

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti