12px13px15px17px
Tarix:21/08/15

“Ariane 5” raketdaşıyıcısı iki telekommunikasiya peyki ilə start götürüb

Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan buraxılan "Ariane 5" raketdaşıyıcısı hesablanmış geostasionar orbitə iki beynəlxalq telekommunikasiya peyki çıxaracaq. Bu barədə "Arianespace" şirkətinin məlumatında deyilir.
 
Raketin orbitə "Eutelsat 8 West B" (raketin baş hissəsində quraşdırılıb) və "Intelsat 34" peyklərini çıxaracağı gözlənilir.
 
"Eutelsat 8 West B" peyki "Thales Alenia Space" şirkəti tərəfindən "Eutelsat" operatorunun maraqları üçün istehsal olunub. 5,8 tonluq peykin istismar müddəti 15 il qiymətləndirilir. Peyk Yaxın Şərq və Şimali Afrika, eləcə də Cənubi Amerika ərazisində peyk yayım xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulub.
 
"Intelsat 34" peyki "Space Systems / Loral" şirkəti tərəfindən "Intelsat" operatorunun maraqları üçün istehsal olunub. 3,3 tonluq aparatın istismar müddəti 15 il təşkil edir. Peyk Cənubi Amerika istifadəçilərinə, eləcə də Atlantik okeanın şimal hissəsində gəmilərə və təyyarələrə genişzolaqlı internet xidmətləri göstərəcək.
 
Əsas rəqiblərinin "SpaceX" və "Roskosmos" şirkətlərinin olduğu "Arianespace" dünyanın süni Yerətrafı peyklərinin kommersiya buraxılışını həyata keçirən qocaman şirkətlərindədir. Şirkət 21 səhmdar və Avropa Kosmik Agentliyinin dəstəyi ilə yaradılıb, - "Lenta"  yazır.



Baxış sayı: 301

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020