12px13px15px17px
Tarix:21/08/15

Azərbaycanın kompüter elmləri üzrə ixtisaslaşan gənc alimlərinə təqaüd proqramı təklif olunur

Braziliya Elm, Texnologiya və İnnovasiya Nazirliyinin nəzdində fəaliyyət göstərən Elmi və Texniki İnkişaf üzrə Milli Şura (CNPq) və Ümumdünya Elmlər Akademiyasının (TWAS) birgə təşkilatçılığı ilə 2016-cı ildə Braziliyada gənc tədqiqatçılar üçün PhD, Sandwich PhD və Post-Doctoral elmi dərəcələri üzrə təqaüd proqramı elan olunub.
 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən AMEA-ya daxil olmuş məlumatda bildirilir ki, Braziliyanın müxtəlif universitetlərində və tədqiqat institutlarında təhsil almaq imkanı yaradan proqramda gənc tədqiqatçılara aqrar elmlər, biologiya elmləri, tibb və səhiyyə elmləri, kimya elmləri, mühəndislik elmləri, riyaziyyat, ehtimal və statistika, kompüter elmləri, fizika, astronomiya və yerşünaslıq, okeanoqrafiya sahələri üzrə təqaüdlər təklif edilir.
 
Sandwich PhD üzrə 30, PhD üzrə 20, Post-Doctoral üzrə isə 10 təqaüd yeri nəzərdə tutulub. Sandwich PhD dərəcəsi üzrə təhsil müddəti 6-12 ay, PhD dərəcəsi üzrə 48 ay, Post-Doctoral dərəcəsi üzrə 6-12 aydır. İştirakçıların proqram dövründə bütün xərcləri və təqaüdlər CNPq tərəfindən ödəniləcəkdir.
 
 
CNPq-TWAS proqramına ərizələrin qəbulu 2015-ci il avqustun 24-də başa çatır. Nəticələrin elan olunması noyabr ayında, proqramın həyata keçirilməsi isə 2016-cı ilin mart ayından etibarən nəzərdə tutulur. Proqram və şərtlər haqqında ətraflı məlumat, habelə iştirak üçün ərizə formaları bu linkdə verilib:
 
 
SEYMUR



Baxış sayı: 669

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024