12px13px15px17px
Tarix:21/08/15

Azərbaycanın altı layihəsi "World Summit Award 2015" müsabiqəsinin final mərhələsinə çıxıb

Azərbaycanın altı layihəsi "World Summit Award  2015" beynəlxalq innovasiya müsabiqəsinin final mərhələsində iştirak edəcək.

“ICTnews” Elektron Xəbər Xidmətinin məlumatına əsasən, onlayn qaydada aparılan seçimlərdə münsiflər tərəfindən “Government & Open Data” ( Açıq hökumət üzrə) nominasiyasında  “ASAN Xidmət”in “Asan Pay” xidməti, “Health & Environment” ( Sağlamlıq və ətraf mühit kateqoriyası üzrə) nominasiyasında “NoObs” tələbə startapçılar komandasının  “Spinal” qurğusu, “Media & News” (Media üzrə) nominasiyada “E-tap.az” resursu, “Business & Commerce” ( Bines və kommersiya üzrə) nominasiyasında “BethClip”, “Entertainment & Lifestyle” ( Əyləncə kateqoriyası üzrə)- “Notify”,  “Culture & Tourism” ( Mədəniyyət və Turizm üzrə) – “RobiGuide” layihələri mübarizə aparacaqlar.

Qeyd edək ki, sentyabrın 17-20-də müsabiqənin final mərhələsi Bakıda keçiriləcək.
 
Aynur Vəliyeva





Baxış sayı: 1160

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024