12px13px15px17px
Tarix:24/08/15

Bütün MKS-lərdə yeni avtomatlaşdırılmış kitabxana sistemi tətbiq olunacaq

Sentyabrın 10-dan etibarən ölkənin bütün MKS-lərində yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramı tətbiq olunacaq. Azərbaycan Milli Kitabxanasından (AMK) qeyd edilib ki, proqramın ilkin variantında mövcud olan nöqsanlar tam aradan qaldırılıb. Artıq köhnə bazada olan materialların yeni məlumat bazasına köçürülməsi işi həyata keçirilib və avqustun 24-dən bütün kitabxanalar ALİSA proqramının tam, təkmilləşdirilmiş yeni variantı ilə işləyəcəklər. Eyni zamanda ötən müddətdə proqramın test rejimi ilə işləyən MKS-ləri üçün monitorinqlər də davam etdirilib.
 
AMK-dan bildirilib ki, növbəti monitorinqlər Səbail, Nərimanov və Xətai rayon MKS-ləri üçün keçirilib. Monitorinqdə Milli Kitabxananın direktoru,  professor Kərim Tahirov ALİSA proqramının üstünlüklərindən danışıb.
 
Qeyd olunub ki, proqram insan əməyinin itkisinin qarşısını alır. Həmçinin proqramın tətbiqi ilə Milli Kitabxananın bazası bütün şəhər, region, hətta kənd kitabxanaları  üçün əlçatan olacaq. Artıq bu gün respublikanın bütün şəhər və rayon MKS-lərinin 50 faizdən çoxu yeni proqram və yeni format üzrə treninqlərdən keçiblər. Ona görə də sentyabr ayından başlayaraq ALİSA proqramı bütün MKS-lərdə tətbiq olunacaq.
 
 
Qeyd edək ki, sistemin əsas üstünlüklərinə vahid mərkəzləşdirilmiş kitabxana sistemi; ən son texnologiyaların tətbiqi ilə hazırlanmış tam təhlükəsizliyi təmin olunmuş proqram təminatı; nəşrlərin elektron versiyaya keçirilməsi - Elektron Kitabxananın yaradılması; MEK vahid kitabxana sisteminin dünyada qəbul edilmiş MARC21 standartı üzərindən yaradılması; digər yerli və dünya kitabxana sistemləri ilə inteqrasiyanın mümkünlüyü; elektron kataloq; oxucu qeydiyyatı işinin sadələşdirilməsi və tam avtomatlaşdırılması; vahid oxucu bileti – smart card; kitabverilişi prosesinin sadələşdirilməsi və tam avtomatlaşdırılması daxildir. Bundan başqa, sistem ətraflı axtarış sistemi; MEK portalın təkmilləşdirilməsi; MEK şəbəkəsinə daxil bütün kitabxanaların vahid portal daxilində səhifələrinin yaradılması, onlayn əməliyyatlar; onlayn axtarış, onlayn sifariş, onlayn rezervasiya, sistem üzrə kitabxana işi ilə əlaqədar bütün növ statistika və hesabatların əldə olunması imkanı; icazələrin rollara müvafiq idarə edilməsi; mövcud kataloqların retrokonversiyası vasitəsilə saysız hesabsız kartotekaların və kartların müasir "touch screen" monitorlarda daha kompakt və təhlükəsiz toplanması, və retrokonversiya sistemi daxilində kart axtarışı imkanına malikdir.
 
Digər üstünlüklər elektron növbə sisteminin yaradılması vasitəsilə oxucu sifarişi statusunun operativ şəkildə oxucuya çatdırılması; MEK muzey kolleksiyalarının vahid verilənlər bazası vasitəsilə bütün kolleksiya məlumatları kataloqunun yaradılması; MEK kitab mağazası üçün həll vasitəsilə alqı-satqı işinin avtomatlaşdırılması və sadələşdirilməsi, ALISA proqram təminatının kitabxana təhlükəsizlik sistemi ilə inteqrasiyası, müasir kitabxana modelini yaratmaq üçün müxtəlif avadanlıqların ALISA sistemi ilə inteqrasiyası, elektron növbə sisteminin ALISA sistemi ilə inteqrasiyasıdır.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1397

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024