12px13px15px17px
Tarix:24/08/15

Bakıda kitabxanaçılar üçün “Elektron Kitabxana İdarəedilməsi” mövzusunda xüsusi təlim keçiriləcək

17 sentyabr 2015-ci il tarixində dövlət və özəl təhsil müəssisələri (universitetlər, məktəblər) eləcə də,  digər müəssisələrin kitabxana sahəsində çalışan rəhbər və işçiləri üçün “Elektron Kitabxana İdarəedilməsi” mövzusunda təlim keçiriləcək.
 
 
Xüsusi olaraq kitabxanaçılar üçün nəzərdə tutulmuş təlimdə ALİSA sistemi üzərindən kitabxanaların elektron idarəedilməsi, kitabxana işinin asanlaşdırılması və kitabxanaçı-oxucu arasında  iş prosesinin sadələşdirilməsi ilə bağlı olacaq. Təlimdə müasir kitabxana işində zəruri olan 3M qurğuları barədə məlumatlar veriləcək.
 
 Təlimdə iştirak edəcək kitabxanaçılar işinin asanlaşdırılması, kitabxanalarda yüksək texnologiyaların tətbiqi, kitabxana idarəetməsində lazımi sistemlərin tətbiqi, elektron kitabxana, onlayn kitabxanaların qurulması, kitabxana sistemlərinin fərqləri və s. faydalı məlumatları əldə edəcəklər.
 
Təlim peşəkar mütəxəssislər tərəfindən keçiriləcək. Təlimdə iştirak pulsuzdur. Təlim iştirakçılarına sertifikat təqdim olunacaq. Sistem Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tərkibində olan bir neçə Bakı və rayon kitabxanalarda, Gəncə Heydər Əliyev Mərkəzində və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında sistemin bir neçə komponenti tətbiq edilib.
 
 
ALISA  (Automated  Library  Information  System of Azerbaijan) sistemi  kompleks  bir layihə kimi Azərbaycanın Kitabxana  sistemini  inkişaf  etdirmək  üçün yaradılıb.  Qeyd edək ki, ALISA sistemi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında “Ultra Technologies” şirkəti tərəfindən işlənib hazırlanıb.
 
 
Təlim saat 10:00-da başlayacaq. İştirak etmək istəyənlər öncədən qeydiyyatdan (seminar.ultra.az/alisa) keçməlidir.
 
 
Həqiqət İSABALAYEVA
 




Baxış sayı: 871

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024