12px13px15px17px
Tarix:26/08/15

Bir il ərzində “Instagram” xidmətinin aktiv istifadəçilərinin sayı 10 faiz artıb

"Pew Research Center" şirkətinin yeni məlumatlarına əsasən, "Instagram" xidməti 1 il ərzində istifadəçiləri özünə daha çox cəlb edə bilib.
 
 
"ICTnews.az" saytı "searchengines.ru" saytına istinadən xəbər verir ki, belə ki 2014-cü ilin sentyabrında sözügedən xidmətin istifadəçilərinin 49 faizi bu platformadan gündəlik istifadə edib. İndi bu göstərici 59 faizə yaxınlaşıb. Bu halda "Instagram" istifadəçilərinin 75 faizi həftədə bir neçə dəfə lentini yoxlayır.
 
"Facebook"un auditoriyasının 70 faizi gündəlik sosial şəbəkədən istifadə edir və bu göstərici üzrə əvvəlki tək liderdir.
 
Bu halda sözügedən sosial şəbəkənin istifadəçilərinin 43 faizi gün ərzində bir neçə dəfə xəbər lentini yoxlayır. "Pew" şirkətinin mütəxəssisləri bildirir ki, "Facebook"un gündəlik istifadəçilərinin ümumi payı 2014-cü ildən dəyişməz olaraq qalır.
 
Emil Hüseynov



Baxış sayı: 633

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024