12px13px15px17px
Tarix:26/08/15

Sosial şəbəkələrdə zərərli dini çağırışların artması müşahidə olunur

Bu gün bütün dünyada internetdə və sosial mediada dini təbliğat aparılmaqdadır. Aparılan təbliğat da məqsədindən və məramından asılı olaraq müsbət və mənfi meyillər yarada bilir.
 
Azərbaycan da dünyanın bir parçası olaraq və eləcə də ölkəmizdə internet azadlığı olduğu üçün sözügedən təbliğatdan kənarda qala bilməz.
 
Ölkəmizdə də internet üzərindən dini təbliğatın aparılmasının genişləndiyini müşahidə etmək mümkündür.
“İctnews.az” elektron xəbər xidməti bildirir ki, bu barədə Daşkəsəndə “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda keçirilən plenar konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov məlumat verib.
 
 O, “Sosial mediada din təbliğatı”  mövzusunda məruzəsi ilə çıxış edib. R.Əsgərov sosial mediada dini təbliğatın xarakterik xüsusiyyətləri, sosial şəbəkələrin ictimai-siyasi proseslərə təsiri, zərərli dini cərəyanların sosial media vasitəsilə sıralarını genişləndirməsi, təhlükəli çağırışlar səsləndirmələri, öz aralarında məlumat mübadiləsi aparmaları  və bu problemlərdən çıxış yolları barədə ətraflı məlumat verib.
 
 
Qeyd edilib ki, sosial şəbəkələrdə zərərli dini çağırışlar müşahidə edilməkdədir. Gənclərin bu kimi çağırışlara qoşulmaması üçün maarifləndimə tədbirlərinin genişləndirilməsinə ehtiyac var. Xüsusilə də uşaqların və yeniyetmələrin sosial şəbəkələrdəki fəaliyyətinə valideynlər tərəfindən nəzarətin həyata keçirilməsi vacib amillərdən biridir.
 
 
SEYMUR



Baxış sayı: 703

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024