12px13px15px17px
Tarix:27/08/15

PA rəsmisi: “Veb-kameralar və internet seçkilərin şəffaf keçirilməsinə xidmət edir”

“Seçki məntəqələrinin veb-kameralarla təmin edilməsi və internetləşdirilməsi, üstəlik, aparılan çəkilişlərin internet üzərindən  yayımlanması seçki prosesinin tam şəkildə ədalətli, şəffaf keçiriləcəyini bir daha sübut edir”. 
 
Bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev söyləyib.
 
O bildirib ki, seçki məntəqələrində veb-kameraların quraşdırılmasını xüsusi vurğulayaraq kameraların seçkilərin şəffaf keçirilməsinə xidmət etdiyini bildirib. “Əvvəllər biz ilk addım olaraq məntəqələrdə 500 veb-kamera quraşdırmışdıq. Hazırda isə seçki məntəqələrində min veb-kamera quraşdırılıb. Veb-kameralarda müşahidə etdiyimiz nöqsanları növbəti seçkilərdə mütləq aradan qaldırmaq lazımdır. Həmçinin seçkilərlə əlaqədar ünvanların dəqiqləşdirilməsi üçün bina və evlərin üzərinə 15 mindən artıq nömrə vurulub” – deyən Z.Nağdəliyevin sözlərinə görə, son seçkilər göstərdi ki, dairə və məntəqə seçki komissiyaları öz işlərini yüksək peşəkarlıqla qura biliblər.
 
 
Seçkilərin müvəffəqiyyətlə keçməsini şərtləndirən amillərdən danışan Z.Nağdəliyev deyib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin, cəmiyyətimizin həyatının bütün sahələrində həyata keçirilən uğurlu islahatlar, qəbul olunan tarixi qərarlar Azərbaycanın keyfiyyətcə tamamilə yeni mərhələyə keçməsinə şərait yaradıb. Bu gün Azərbaycan dünya miqyasında layiqli yerini tutub. Ölkəmizdə artıq dünya və qitə miqyaslı tədbirlər müvəffəqiyyətlə keçirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində insanların rifahı yaxşılaşıb. Vətəndaşlarımız bu şəraiti, uğurları itirmək istəmirlər. Azərbaycanın gələcəyi daha parlaq olacaq və insanlar bunun üçün səs verirlər. “Bizim də məqsədimiz odur ki, seçkilərə hazırlıq, onun keçirilməsi və səsvermə proseslərində qanun pozuntusuna yol verilməsin. Azərbaycan Prezidentinin tələbi ondan ibarətdir ki, seçkilərdə şəffaflıq təmin olunsun. Bunun üçün həm seçki komissiyalarına, həm də seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə edərək səs vermələri üçün lazımi şərait yaradılıb. Seçkilərlə əlaqədar əlavə zəruri tədbirlər görüləcəkdir”- deyə o qeyd edib.
 
 
Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, seçici siyahılarının dəqiqləşdirilməsi sahəsində böyük iş görülüb. Artıq seçicilər MSK-nın saytına daxil olaraq seçicilərlə bağlı məlumatlarla tanış ola bilərlər:
 
 “Bizim seçici siyahıları bir sıra ölkələr üçün nümunə ola bilər. Hər bir vətəndaşın seçki hüququnun reallaşdırılması üçün şərait yaradılıb. Seçici siyahılarının dəqiqləşdirilməsi sahəsində iş hər gün davam etməli, seçici siyahıları ideal olmalıdır. Seçici siyahılarının tərtib edilməsi zamanı yerli icra hakimiyyəti orqanları seçki komissiyaları ilə birgə böyük işlər həyata keçiriblər. Bu işlər bu gün də davam etdirilir. Bu işi dayandırmaq olmaz. Bu məsələdə dairə seçki komissiyalarına lazımi yardım göstəriləcək”.
 
 
SEYMUR



Baxış sayı: 492

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020