12px13px15px17px
Tarix:14/09/11

"Rostelekom" Azərbaycan istiqamətindəki magistral xətlərin buraxılış qabiliyyətini artıracaq

Rusiyanın iri şəhərlərarası və beynəlxalq operatoru "Rostelekom" ASC Ukraynadan Azərbaycan və Gürcüstanadək tranzit trafikinin buraxılışı üçün magistral xətlərin buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Bu barədə ASC-nin yaydığı məlumatda deyilir.

Operator tərəfindən "Avropa-Asiya" və "Şimal-Cənub" magistral istiqamətlərində öz şəbəkəsinin modernləşdirilməsi üçün avadanlıqların tədarükünün seçimi üzrə tenderin qalibi müəyyən edilib.

Müsabiqənin qalibləri müvafiq olaraq “NokiaSiemensNetworks” və “Alcatel-Lucent” şirkətləri olublar.

İştirakçılar tender çərçivəsində DWDM texnologiyaları təbiq etməklə və mövcud optik-lif rabitə xətlərinin (OLRX) optik lifindən istifadə etməklə OLRX tikintisi ilə bağlı təkliflər təqdim ediblər.

Təqdim edilmiş həllərə cəlb edilən texnologiyalar avadanlıqların quraşdırıldığı qovşaqlar arasındakı böyük məsafələrə trafikin 40-100 Gbit/saniyə sürəti ilə ötürülməsinə yönəldilib.

"Şimal-Cənub telekommunikasiya marşrutu" layihəsi çərçivəsində tutumu 700 Gbit/saniyə olan yeni “DWDM-Alcatel-Lucent” sistemlərinin, "Avropa-Asiya tranziti" layihəsi çərçivəsində isə cari tutumu 200 Gbit/saniyə olan “NokiaSiemensNetworks” avadanlıqlarından istifadə nəzərdə tutulub.

Bu avadanlığın tətbiqi "Rostelekom"a Finlandiyadan Yaponiya və Çinədək, eləcə də Ukraynadan Azərbaycan və Gürcüstanadək tranzit trafiki üçün tranzit xətlərinin buraxılış qabiliyyətini xeyli artırmağa imkan verəcək.



Baxış sayı: 1489

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024