12px13px15px17px
Tarix:27/08/15

Nazir müavini: “Sön dövrdə iqtisadiyyatda və texnologiyalarda çox ciddi, çevik dəyişikliklər baş verir”

Sön dövrdə iqtisadiyyatda, ümumiyyətlə, texnologiyalarda  çox ciddi, çevik dəyişikliklər baş verir. Ona görə də proqnozlaşdırmanın çox böyük əhəmiyyəti var.

Təhsil nazirinin müavini Firudin Qurbanov bu fikri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və BDU-nun Tətbiqi Riyaziyyat İnstitutunun (TRİ) təşkilatçılığı ilə keçirilən COIA-2015 – “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma-2015” mövzusunda 5-ci Beynəlxalq konfransda (“Control and Optimization with Industrial Applications (COIA-2015)” bildirib.
 
Nazir müavini aktual mövzuya həsr olunan COIA-2015-in elmə maraq oyadacağına ümid etdiyini də bildirib: “Etiraf etmək lazımdır ki, sön dövrdə elmə o qədər də böyük maraq hiss olunmur. Bu, dünyada gedən proseslərlə bağlıdır. Elmə həsr olunmuş belə bir forumun keçirilməsi, hesab edirəm ki, elmin təbliği, gənclərin elmə cəlb edilməsinə çox böyük, müsbət təsir göstərəcək”.
 
F.Qurbanov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” üzrə nəzərdə tutulan istiqamətlərdən də danışıb:
 
 “Bu strategiyada təhsillə yanaşı, elmin inkişafına da xüsusi diqqət yetirilir”.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 494

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024