12px13px15px17px
Tarix:27/08/15

Yaxın gələcəkdə səsli interfeys smartfonla əsas qarşılıqlı əlaqə üsulu olacaq

“Tractica” tədqiqat şirkətinin analitikləri hesab edirlər ki, yaxın illərdə səs və danışığın tanınması texnologiyaları sürətlə populyarlaşacaq. Proqnoza görə, səsli interfeys bir çox istifadəçilər üçün smartfonla əsas  qarşılıqlı əlaqə üsulu olacaq.
 
“ICTnews.az” saytı “dailycomm.ru” saytına istinadən xəbər verir ki, ekspertlərin proqnozuna görə, 2020-ci ilə bazarda mövcud mobil qurğuların təxminən 82  faizi istifadəçi danışığının tanınması üzrə daxili imkanlara malik olacaq, halbuki 2014-cü ildə bu göstərici 45 faiz səviyyəsində olub.
 
Mütəxəssislər, həmçinin proqnozlaşdırır ki, əldə olunmuş spektoqramdan sahibinin biometrik identifikasiya və autentifikasiyası üçün istifadəyə imkan verən səsin tanınması texnologiyası mobil cihazların 36 faizində tətbiq ediləcək. Hazırda bazarda belə imkana malik qurğu demək olar yoxdur.
 
“Tractica” şirkətinin məlumatına görə, hazırda mobil texnologiyalar sahəsində çalışan ən azı 24 şirkət səsli interfeyslə bağlı həllər təklif edir. Analitiklər həmin şirkətlər arasında “Apple”, “Amazon”, “Facebook”, “Google”, “Intel”, “Qualcomm”, “Samsung” və başqa şirkətlərin adını çəkiblər.
 
Emil Hüseynov



Baxış sayı: 687

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024