12px13px15px17px
Tarix:28/08/15

Sentyabrda keçiriləcək kitab yarmarkasında əlyazmaların elektron ekspozisiya nümunələri nümayiş etdiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 16-18 sentyabr 2015-ci ildə keçiriləcək “IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası”nda əlyazmaların elektron ekspozisiya nümunələri də nümayiş etdiriləcək. Bu barədə AMEA Əlyazmalar İnstitutundan (Əİ) məlumat verilib.
 
 İnstitutdan qeyd edilib ki, sərgidə, həmçinin Əİ-nin əlyazmalar əsasında nəşrə hazırladığı kitablar, türkdilli, farsdilli və ərəbdilli əlyazmaların çap kataloqları, xarici dövlətlərin kitabxana və muzeylərində qorunan Azərbaycana aid əlyazmaların bəzilərinin elektron versiyaları və fotofaksimelisi, institutun xəzinəsində saxlanılan nadir əlyazma nümunələri, əslinə uyğun bərpa edilmiş kitab cildləri, bəzi nadir əski çap kitabları və s. nümayiş olunacaq:
 
“İnanırıq ki, institutumuz tərəfindən sərgilənən ədəbiyyat öz orijinallığı baxımından xüsusilə seçildiyi üçün yarmarkaya gələn kitab həvəskarları və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacaq və onlarda Əlyazmalar İnstitutunun fəaliyyəti barədə böyük təəssürat yaradacaq”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 602

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024