12px13px15px17px
Tarix:28/08/15

Əhali faydalı tibbi məlumatları SMS vasitəsilə əldə edəcək

Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi yaxın zamanda əhaliyə 24 saat işləyən növbətçi apteklərin siyahısını (adlarını, ünvanlarını və əlaqə telefonlarını) və digər faydalı məlumatların SMS vasitəsi ilə yayılması üzrə kampaniyaya start verəcək. 
 
“ICTnews” elektron  xəbər xidmətinin məlumatına əsasən, bu, Tarif Şurasının 30 iyul 2015-ci il tarixli qərarı ilə sentyabrın 15-dən qüvvəyə minəcək yeni qiymətlərə dair SMS məlumatlandırma tədbirlərinin davamı olacaq.
Faydalı məlumatlar SMS ilə yanaşı, əhaliyə “www.pharma.az” və “www.medportal.az” saytlarında da təqdim ediləcək.
 
Qeyd edək ki, saytlarda 256 dərman vasitəsinin topdan və pərakəndə satış qiymətləri, həmçinin, reseptsiz buraxılan dərman vasitələrinin siyahısı təqdim edilib.
 
Aynur Vəliyeva



Baxış sayı: 749

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024