12px13px15px17px
Tarix:29/08/15

“Elektron Təhsil” Respublika müsabiqəsi üçün münsif və ekspertlər müəyyən edilir

Təhsil Nazirliyi tərəfindən keçirilən "Elektron Təhsil" Respublika müsabiqəsinin Təşkilat Komitəsi münsif və ekspertlərin toplanılmasına başlayıb. Komitədən qeyd edilib ki, münsif qismində iştirak etmək üçün müraciət edənlər bu işi iki ay ərzində həyata keçirəcəklər.
 
Vəzifə öhdəliklərinə gəlincə, münsiflər müsabiqəyə təqdim olunmuş elektron resursların təsdiq olunmuş meyarlar əsasında qiymətləndirilməsi; tələb olunan müddət ərzində yekun qiymətləndirməni imzalanaraq təhvil verilməsi; yekun nəticələrin elan olunma müddətinə qədər münsif fəaliyyətinə vəqiymətləndirməyə dair informasiyaların məxfi saxlanmasına riayət etməlidirlər. Onlara qarşı müvafiq tələblər də irəli sürülür. Münsif olmaq üçün müraciət edən şəxslər ali təhsil; tədrisdə İnformasiya Kommunikasiya Texnologiyalarının tətbiqi sahəsində təcrübə; Rus və İngilis dillərində orta səviyyədə bilik; məsuliyyətli, diqqətli, analitik düşünmə qabiliyyətinə malik olma kimi meyarlara malik olmalıdırlar.
 
Müsabiqədə münsif qismində iştirakla maraqlanan namizədlər Azərbaycan dilində öz tərcümeyi-hallarını (CV) nzeynalov@tsii.edu.az elektron ünvanına göndərə bilərlər.
 
Müsabiqədə münsif qismində iştirak etmək ödənişli qaydada həyata keçiriləcək.
 
 
Ekspert qismində iştirak etmək üçün müraciət etməyə dəvət olunanlar da iki ay ərzində fəaliyyət göstərəcəklər. Vəzifə öhdəliklərinə gəldikdə, müsabiqəyə təqdim olunmuş elektron resursların təsdiq olunmuş meyarlar əsasında qiymətləndirilməsi; tələb olunan müddət ərzində yekun qiymətləndirməni imzalanaraq təhvil verilməsi; yekun nəticələrin elan olunma müddətinə qədər ekspert fəaliyyətinə və qiymətləndirməyə dair informasiyaların məxfi saxlanması vacibdir.
 
 Ekspertlərə qarşı irəli sürülən tələblərə də ali təhsil; tədrisdə İnformasiya Kommunikasiya Texnologiyalarının tətbiqi sahəsində təcrübə; Rus və İngilis dillərində orta səviyyədə bilik; məsuliyyətli, diqqətli, analitik düşünmə qabiliyyətinə malik olma kimi meyarlar daxildir.
 
Müsabiqədə ekspert qismində iştirakla maraqlanan namizədlər Azərbaycan dilində öz tərcümeyi-hallarını (CV) nzeynalov@tsii.edu.az elektron ünvanına göndərə bilərlər. Müsabiqədə ekspert qismində iştirak etmək ödənişli qaydada həyata keçiriləcək.
 
Qeyd edək ki, müsabiqədə münsif və ya ekspert qismində iştirak edilməsi müraciətdə bildirilməlidir. Hər iki vəzifə üçün son müraciət tarixi 25 Sentyabr 2015-ci il müəyyənləşdirilib.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 564

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024