12px13px15px17px
Tarix:31/08/15

Cənubi Koreyada “IPTV” texnologiyasını dəstəkləyən kompüter nümayiş olunub

Cənubi Koreyanın ikinci ən böyük mobil rabitə operatoru "KT Corp.” şirkəti sənaye tarixinin inkişafında “IPTV” texnologiyasını dəstəkləyən ilk fərdi kompüter təqdim edib.
 
Kompüter modeli istifadəçilərə yerə qənaət etməyə və müxtəlif mənbələrdən multimedia kontentindən zövq almağa imkan verəcək.  
 
Yerli “LG Electronics Inc” texnoloji şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirilən qurğu istifadəçiyə idarəetmə pultunda bir düyməyə basmaqla “IPTV” qəbulundan fərdi kompüterə istifadəyə keçməyə imkan verir.
 
Şirkət nümayəndələrinin proqnozuna görə, cari ilin sonunadək yaradılmasında "Microsoft Corp”. və “Intel Corp” şirkətlərinin də iştirak etdiyi 20 minə yaxın belə qurğu satılacaq.
 
Yeni kompüter 27 düym diaqonallı IPS-displey və "Full HD” dəstəyi, eləcə də dördnüvəli “Intel” prosessoru və 128 Qb tutumlu sərt gövdəli daşıyıcı (SDD) ilə təchiz edilib.
 
“IPTV” (Internet Protocol Television) televiziya siqnalını internet şəbəkəsi vasitəsilə effektiv şəkildə ötürməyə imkan verən müasir texnologiyadır, - “Mediasat” yazır.



Baxış sayı: 740

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024