12px13px15px17px
Tarix:31/08/15

Tələbələrimiz tərəfindən hazırlanan ilk elektrik maşını yaxın vaxtlarda təqdim olunacaq (VİDEO)

Azərbaycanlı tələbələr tərəfindən hazırlanmaqda olan ilk elektrik maşını üzərində aparılan işlər bitmək üzrədir. Maşının yaxın zamanlarda ictimaiyyətə təqdim edilməsi gözlənilir.
 
“ICTnews” Elektron Xəbər Xidmətinin məlumatına görə, bu barədə Qafqaz Universitetində çalışan Emil Civişov məlumat yayıb. O, “Facebook” sosial şəbəkəsindəki səhifəsində bununla bağlı jurnalistlərə çağırış edərək bildirib ki, elektrik maşının tam hazır olması günü çox uzaqda deyil.
 




“Qurulmasından cəmi 3-4 il sonra Qafqaz Universiteti Mexanika mühəndisliyi bölməsi tələbələri tərəfindən quraşdırılmaqda olan Azərbaycanın ilk elektrik maşını çox yaxında sonlandırılacaq. Hörmətli jurnalistlər, bu cür xəbərləri geniş səkildə təqdim etmənizə ümid edir və gözləyirik. Çünki bu, azərbaycanlı tələbələrin və Azərbaycanın uğurudur!”
 
 
 
SEYMUR



Baxış sayı: 836

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024