12px13px15px17px
Tarix:31/08/15

Regionlarda rabitə qəza dəstələri hazırlıq vəziyyətinə gətirildi

Payız fəslinin gəlməsi ilə əlaqədar təbiət hadisələrinin  intensiv xarakter alması, hər an baş verə biləcək təbii fəlakətin yaradacağı fəsadları nəzərə alaraq  “Aztelekom” MMC-nin regional qəza bərpa dəstələri hazırlıq vəziyyətinə gətirilib.
 
Müəssisənin texniki direktoru Zahir Vəliyevin sözlərinə görə, baş verə biləcək hər hansı təbii fəlakət zamanı ilk öncə istifadə ediləcək materialların ehtiyatı yaradılıb.
 
Qeyd edək ki, MMC baş verən təbii fəlakətlərin nəticələrinin operativ şəkildə aradan qaldırılması üzrə böyük təcrübəyə malikdir.
 
Məlumat üçün bildirək ki, son günlər Gürcüstanın Batumi, Kobuleti və Türkiyənin Qara dəniz bölgəsinə yağan intensiv yağışların aradınca baş verən təbii fəlakət iqtisadiyyatın bütün sahələri kimi qonşu ölkələrin rabitə və elektrik enerjisi sahəsini də iflic edib.
 
 
RƏVAN
 



Baxış sayı: 792

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024