12px13px15px17px
Tarix:31/08/15

Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən “Code Academy” layihəsi üzrə yeni təlimlərə başlanılacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Yüksək Texnologiyalar Parkında (“YT Park”) fəaliyyət göstərən “Code Academy” layihəsi üzrə yeni təlimlərə başlanılacaq.
 
Növbəti təlimlərin təşkili ilə bağlı yaxın vaxtlarda elan veriləcək.  “YT Park”-da Layihələrə Dəstək və Elmi Potensial Şöbəsinin rəisi Ülvi Aslanov hazırda yeni proqram üzərində işlərin aparıldığını deyib.
 
 
Qeyd edək ki, “Code Academy” İKT sektorundakı ehtiyacı nəzərə alaraq, real proqramlaşdırma bacarıqlarını öyrətməyi hədəfləyən layihədir.
 
Layihənin əsas məqsədi ideyası olan gəncləri bu ideyaları həyata keçirmək üçün lazım olan texniki biliklərlə təmin etməkdir.
 
“Code Academy”-də intensiv tədris və real iş şəraitilə, 12 həftə (1 həftə onlayn + 10 həftə intensiv master-klas + 1 həftə karyera planlaşdırma) ərzində master-klaslar keçirilir. Proqram çərçivəsində iştirakçılara sıfırdan interaktiv veb layihələrin yaradılması bacarıqları, “HTML5 & CSS3”, “JavaScript” əsasları, “PHP&MySQL”  bilikləri ikili proqramlaşdırma metodikası ilə tədris olunur.
 
Nəzəri biliklərlə yanaşı, proqram iştirakçıları həm də öyrəndikləri bilikləri real iş şəraitində təcrübəli və peşəkar mentorların nəzarətilə tətbiq edə bilirlər.
 
Həmçinin, iştirakçıların karyera planlaşdırmasına kömək etmək məqsədilə İKT sahəsində təcrübəli şəxslərin həftəlik “workshop”-ları təşkil edilir. Proqramın yekununda karyera qurmaq üçün bir həftəlik tədrislə iştirakçılar həm müsahibələrə hazırlaşır, həm də onların böyük şirkətlərlə görüşləri təşkil olunur.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 891

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024