12px13px15px17px
Tarix:01/09/15

“Apple” daşınan elektronika bazarında ikinci yeri tutub

Aprelin sonunda “Apple” şirkəti bazara "Watch” “ağıllı” saatını çıxarmaqla ikinci rübün yekunları üzrə böyük nəticəyə nail ola bilib.
 
“IDC” analitik şirkətinin məlumatına görə, aprel-iyunda şirkət 3,6 milyon “ağıllı” "Apple Watch” saatı tədarük edib ki, bu da şirkətə dünya daşınan elektronika bazarında ikinci yeri tutmağa imkan verib. “Apple” tədarük həcminə görə yalnız “FitBit” fitnes-treker istehsalçısından (son rüblərin dəyişməz lideri 0,8 milyon çox qurğu tədarük edib) geri qalıb.
 
Analitiklər qeyd edirlər ki, ikinci rübün yekunlarına görə, “Apple” çoxfunksiyalı daşınan qurğular bazarının üçdə iki hissəsinə sahib çıxıb.
 
İkinci rübdə ümumilikdə daşınan qurğu istehsalçıları dünya bazarına 18,1 milyon qurğu tədarük ediblər ki, bu da bir il əvvəlin göstəricisindən 223,2 faiz çoxdur.
 
Xatırladaq ki, “Watch” qurğusunun ABŞ bazarına çıxarıldığı ilk həftədən sonra “Apple” gündə 200 min “ağıllı” saat satıb, lakin iyulun əvvəlində satış göstəriciləri 90 faiz azalıb, - "NEWSru www.newsru.com” yazır.



Baxış sayı: 464

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024