12px13px15px17px
Tarix:01/09/15

“Intel” şirkəti Azərbaycanın təhsil sistemində informasiya texnologiyalarının tətbiqi üçün tədbirlər planı hazırlayıb

Dünyanın aparıcı İT şirkətlərindən biri olan “Intel” bu ilin sonuna qədər Azərbaycanda tələbə və müəllimlər üçün təlim proqramları keçirəcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu ilin oktyabr ayında şirkət ölkənin az inkişaf etmiş regionlarında tələbələrə kömək etmək üçün 100 informatika müəlliminin iştirakı ilə təlim proqramı keçiriləcək. Bundan başqa bu ilin dekabr ayında şirkət tərəfindən STEM-mərkəzində informatika fənni üzrə məktəb müəllimləri üçün treninqlər təşkil olunacaq.

“Intel” şirkətinin Azərbaycanla bağlı uzunmüddətli hədəfləri orta məktəblərdə elmi sorğular keçirilməsini, Naxçıvan Muxtar Respublikasında regional İT sərginin təşkili, struktur mərkəzlər şəbəkəsinin yaradılması, elmi sərgilərdə iştirak edən tələbələrin sayının 50 faiz artırılması, startap məktəblərin  yaradılması yolu ilə sahibkarlığın inkişafını təmin etməkdir.
 
Aynur Vəliyeva



Baxış sayı: 592

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024