12px13px15px17px
Tarix:02/09/15

Böyük Britaniyada kontaktsız ödənişlərdə PİN kod istifadə olunmayacaq

Böyük Britaniya sakinləri daha bahalı malların ödənişi üçün öz kontaktsız kartlarından istifadə edə biləcəklər. Ölkə hakimiyyəti PİN kodsuz birdəfəlik ödənişlərin limitini üçüncü dəfə artırıb.
 
Böyük Britaniyada ilk dəfə 2007-ci ildə kontaktsız kartlardan istifadə edilib. O zaman imzasız və şifrsiz birdəfəlik alış üzrə maksimum məbləğ 5 funt təşkil edib. İndi bu limit artıq 30 funt-sterlinqədək artırılıb.
 
Hələ ki bütün ticarət nöqtələri proqram təminatının yenilənməsi səbəbindən yeni standartdan istifadəyə keçməyib.
 
Hazırda ölkədə 58 milyon kontaktsız kart buraxılıb və bu ödəmə alətlərinin köməyi ilə edilən əməliyyatların sayı daima artır. Cari ilin birinci yarımilliyində britaniyalılar kontaktsız ödənişlərə 2,5 milyard funtdan çox vəsait xərcləyib.
 
Emil Hüseynov



Baxış sayı: 497

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024