12px13px15px17px
Tarix:02/09/15

Ümumdünya Poçt İttifaqı Azərbaycanı digər ölkələrə nümunə göstərib

Hal-hazırda “Azərpoçt” MMC-nin tabeli poçt şöbələrində poçt göndərişlərinin qəbulu, işlənməsi və çatdırılması əməliyyatlarının kompüter vasitəsilə avtomatlaşdırılması istiqamətində uğurlu nəticələr əldə olunub.
 
Bu göstərici üzrə Ümumdünya Poçt İttifaqı Azərbaycanı digər ölkələrə nümunə göstərib.
 
“Azərpoçt” MMC-nin poçt analizi şöbəsinin rəisi Nüsrət Səmədov bildirib ki, poçt göndərişlərinin qeydiyyatının kompüterlə aparılması və sonra da onun izlənməsi sisteminin daha da genişləndirilməsi məqsədilə ehtiyac olan bütün poçt şöbələri skayner avadanlıqları  ilə təmin edilib.
 
   Xatırladaq ki, əvvəllər məktubların qeydiyyatı 3 rəqəmli simvol olmaqla əllə həyata keçirilirdi.
 
Artıq beynəlxalq standartlara  uyğun olaraq poçt göndərişlərinin üzərində 4-ü hərf, qalanları rəqəm olmaqla 13 simvollu ştrixkoddan istifadə olunur .
 
“Hərflərdən 2-si əvvəldə, digər 2-si isə axırda yazılır. Bu hərflərdə birincilər poçt göndərişinin növünü, sonuncu hərflər isə ölkənin adını göstərir”.
 
 
 Qeyd edək ki, qeydiyyata alınan daxili və xarici poçt göndərişlərinin çatdırılma müddətini kompüterlə izləyə bilərsiniz. 
 
RƏVAN
 



Baxış sayı: 696

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024