12px13px15px17px
Tarix:02/09/15

Dövlət Radiotezliklər İdarəsi qeyri-qanuni REV istifadəçilərini məhkəməyə verib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən cari ilin 8 ayı ərzində Azərbaycanda fəaliyyət göstərən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrlə (REV) bağlı 336 akt tərtib edilib.
 
DRİ-dən verilən məlumata görə, adıçəkilən idarənin  Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi (REVİNŞ) və Efirə radionəzarət şöbəsinin (ERNŞ) bölgələr üzrə efirə radionəzarət məntəqələrinin (ERNM) mühəndisləri tərəfindən 2015-ci ilin 8 ayı ərzində iş planına və DRİ-yə daxil olmuş müraciətlərə əsasən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrinə (REV) müvafiq qaydada texniki baxış keçirilərək 336 akt tərtib edilib.
 
 Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 142 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb.
 
Onlardan 54 ədədi möhürlənib, 35 ədədi qeydiyyata salınıb, 7 ədədi silinib və 46 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
 
 
DRİ-dən qeyd edilib ki, dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 20 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
 
 
SEYMUR



Baxış sayı: 843

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024