12px13px15px17px
Tarix:02/09/15

«Windows 10» sürətlə populyarlaşır

«Net Applications» şirkətinin tədqiqatına əsasən, 29 iyul tarixində istifadəyə verilmiş «Windows 10» əməliyyat sistemi «Windows Vista» və «Windows 8» platformalarını geridə qoyaraq bir ay ərzində dünya bazarında 5,21 faizlik paya sahiblənib. «Microsoft» şirkətinin ilk dəfə «Windows 7», «8» və «8.1» istifadəçiləri üçün ödənişsiz yaydığı yeniləmə paketi 4 həftə ərzində 75 milyondan çox fərdi kompüterə quraşdırılıb.
 
 
Müqayisə üçün, 6 ay ərzində «Windows 8» ƏS-nin 100 milyon lisenziyası satılıb. Proqram nəhənginin proqnozuna əsasən, yaxın 2-3 ildə fərdi kompüterlər, smartfonlar, planşetlər, noutbuklar və oyun konsolları daxil olmaqla təxminən 1 milyard qurğu «Windows 10» əməliyyat sistemi ilə işləyəcək.
 
 
Analitiklərin hesabatına əsasən, iyulda «Windows 10» platformasının bazar payı 0,39 faiz, avqustda isə daha 4,82 faiz artıb. Beləliklə, bu sistem qısa müddətdə 5 faizlik baryeri ötməyə müvəffəq olub.
 
Məlumat üçün bildirək ki, «Windows 7» platforması ən tələbatlı (57,6 faiz) sistem olaraq qalır. «Mac» kompüterləri üçün «OS X» sistemindən 7,53 faiz insan istifadə edir. «Linux» platformasında bu göstərici 1,63 faiz təşkil edir.
 
 
Emil Hüseynov



Baxış sayı: 664

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024