12px13px15px17px
Tarix:03/09/15

Sərt disk istehsalında inqilab: sərt disklər nazikləşir

«Seagate» şirkəti 7 mm qalınlığında 2 TB tutuma malik sərt disk təqdim edib.
 
7 mm qalınlığında sərt disk
 
«Seagate Technology» şirkəti 2,5 düym form-faktoru və qalınlığı 7 mm təşkil edən 2 TB tutuma malik sərt disk təqdim edib. Əvvəl bu tutuma malik sərt disklər ən azı 9,5 mm qalınlığa malik olub.
 
İki disk lövhəsindən istifadə edilib
 
Yeni sərt disk iki lövhədən ibarətdir. Beləliklə, 2,5 düymlük form-faktora malik sərt diskin bir lövhəsinə 1 TB informasiya yerləşir.
 
2 TB tutuma malik sərt diskə 500 mindən çox musiqi, 320 min şəkil, 240 saatlıq «HD» video və ya 26 saatlıq «4K» formatında məzmun yazmaq olar.
 
Vinçesterin çəkisi 90 qramdır.
 
 
Fərdi kompüter istehsalçıları üçün imkanlar
 
Şirkətin nümayəndəsi hesab edir ki, yeni sərt disk sayəsində istehsalçılar çəkisi az və aşağı enerji sərfiyyatına malik daha nazik noutbuklar yarada biləcək.
 
«Seagate» şirkəti yeni daşıyıcının satışa çıxarılma tarixi və qiymətini hələ açıqlamayıb.
 
 
Emil Hüseynov




Baxış sayı: 651

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024