12px13px15px17px
Tarix:14/09/11

Amerikalılar hər ay “Facebook”da 100 min il vaxt keçirirlər

Amerikalılar hər ay “Facebook”da toplam olaraq təxminən 53 milyard dəqiqə, yəni təxminən 100 min il keçirirlər, “Nielsen” şirkətinin may tədqiqatına istinadən “SF Gate” bildirib.

ABŞ-ın 150 milyon əhalisi müntəzəm olaraq dünyanın ən böyük sosial şəbəkə saytına daxil olur. Beləliklə, onlardan hər biri “Facebook”da ay ərzində orta hesabla 6 saat vaxt keçirir.

Mark Sukerberqin layihəsi amerikalılar arasında ən məşhur internet resursdur. Ondan sonra “Yahoo” gəlir. Amerikalılar “Yahoo”-nun xidmətlərinə hər ay 33 min il sərf edirlər, “Google” (24 min il) üçlüyü tamamlayır. Əgər yalnız sosial resursları nəzərə alsaq, o zaman “Facebook”dan sonra “Blogger” (1,4 min il) bloq platforması gəlir.

“Nielsen” şirkətinin may hesabatında qeyd olunub ki, sosial şəbəkələrdə 18-34 yaş arasındakı qadınlar daha aktivdirlər. Təxminən 40% istifadəçi öz hesablarına mobil qurğular vasitəsilə daxil olur.



Baxış sayı: 1083

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024