12px13px15px17px
Tarix:04/09/15

“iOS 8” əməliyyat sistemi Apple” qurğularının 87 faizində quraşdırılıb

“Apple” şirkəti  “iOS” əməliyyat sisteminin versiyalarının populyarlığını əks etdirən statistikanı təqdim edib. Statistikaya görə, hazırda “iOS 8” platforması “Apple” qurğularının 87 faizində quraşdırılıb ki, bu da bir ay əvvəldən 1 faiz bənd çoxdur.
 
“iOS 7” versiyası şirkətin qurğularının 12 faizinin proqram əsasını təşkil edir. İndiyədək daha köhnə əməliyyat sistemlərindən aktiv “iOS” qurğu sahiblərinin 2 faizi istifadə edir.
 
Sentyabrda “iOS 9” sisteminin son versiyasının təqdim olunacağı gözlənilir. Platformanın “iOS 8” sisteminin dəstəkləndiyi bütün qurğularda işləyəcək. Bu isə o deməkdir ki, bütün “iPhone” və “iPad” modelləri, o cümlədən “iPhone 4S” və “iPad 2” yenilənəcək. “Apple” nümayəndələri bildirib ki, platformanın yaddaş tutumu 1,3 giqabayt təşkil edəcək. “iOS 9” sisteminin idarəetməsi ilə işləyən qurğunun iş vaxtı təxminən bir saat artırılıb, eləcə də smartfonun və ya planşetin iş vaxtını təxminən 3 saat artırmağa imkan verən enerjini saxlama rejimindən istifadə etmək mümkündür, - “DailyComm yazır.



Baxış sayı: 777

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024